Sumqayıt Bələdiyyəsinin bələdiyyə qulluqçusu Səyyaf Hüseyn oğlu Cabbarov bələdiyyənin işindəki səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətiylə Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilovun əmriylə təşkilatın “Fəxri fərmanı”yla təltif edilib.
Bu münasibətlə Sumqayıt Bələdiyyəsində keçirilən görüşdə bələdiyyə sədri Sultan əsədov iştirak edərək Səyyaf Cabbarovun fəaliyyətiylə bağlı fikirlərini bildirmiş, onun fəaliyyətinə yüksək qiymət vermişdir.
Tədbirdə Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov həmkarlar ittifaqının işində Sumqayıt şəhər komitəsinin işinə yüksək qiymət verərək, bələdiyyə qulluqçularının sosial müdafiəsində öz töhvəsini həmişə verdiyini qeyd etmişdir.
Görüşdə Səyyaf Cabbarov çıxış edərək onun əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Səyyaf Cabbarov şəhərdə bir sıra məsul vəzifələrdə çalışmış, Sumqayıt bələdiyyəsinin formalaşdığı ilk gündən bələdiyyənin maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
P.S. Belediyye.info olaraq bizdə Səyyaf Cabbarovu təbrik edirik.
Belediyye.info
|
|
|
|
|
|